Moderator.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Kreml rəhbəri Avrasiya İqtisadi İttifaqı sammitində İrəvanın Avropa İttifaqına yaxınlaşması məsələsini açıq şəkildə gündəmə gətirməyə hazırlaşır...
Rusiya prezidenti Vladimir Putinin Qazaxıstana səfərinin əsas məqsədlərindən biri Ermənistanın Avropa İttifaqına yaxınlaşması məsələsini sərt şəkildə gündəmə gətirməkdir.
Moderator.az xəbər verir ki, bu barədə Çinin "Sohu" nəşri yazıb.
Moskva İrəvana açıq mesaj verir
Məqalədə qeyd olunur ki, Putinin köməkçisi Yuri Uşakov artıq açıq şəkildə bildirib: Kremlin mövqeyinə görə, bir ölkə eyni vaxtda həm Avrasiya İqtisadi İttifaqında, həm də Avropa strukturlarında tam iştirak edə bilməz. "Prezident Putin dəfələrlə vurğulayıb ki, iki birlikdə paralel iştirak mümkün deyil", - deyə Uşakov bildirib.
Ermənistan-Rusiya münasibətlərində soyuqluq artır
Nəşr hesab edir ki, son illərdə İrəvanın Brüssellə münasibətləri fəal şəkildə genişləndirməsi Moskva ilə münasibətlərdə ciddi çat yaradıb. Ermənistan tərəfi hesab edir ki, Azərbaycanla münaqişələr zamanı Rusiya müttəfiq kimi gözlənilən dəstəyi verməyib.
Buna görə də Ermənistan parlamenti ötən il Avropa İttifaqına üzvlük istiqamətində kursu rəsmən dəstəkləyən qanun qəbul edib. Məqalədə vurğulanır ki, ölkədə hələ də Rusiya hərbi bazası yerləşsə də, İrəvanın Moskvanın təsir dairəsindən uzaqlaşmaq cəhdi sürətlənir.
Kreml seçim tələb edir
Nəşr yazır ki, Avrasiya İqtisadi İttifaqının sammitində Ermənistanın yalnız aşağı səviyyəli nümayəndə göndərməsi də diqqət çəkib və bu, təşkilat daxilində artan təcridin əlaməti kimi qiymətləndirilir. Nəşrin fikrincə, Putin faktiki olaraq İrəvan qarşısında seçim qoyur: ya Rusiyanın iqtisadi və hərbi çətiri altında qalmaq, ya da qeyri-müəyyən perspektivlərlə Avropa İttifaqına yaxınlaşmaq.
Məqalədə həmçinin qeyd olunur ki, Moskva paralel olaraq Qazaxıstanla enerji, iqtisadiyyat və turizm sahələrində əməkdaşlığı daha da gücləndirməyə çalışır. Analitiklərin fikrincə, Qərb sanksiyaları fonunda Qazaxıstan Rusiyanın "Şərqə dönüş" strategiyasında əsas tərəfdaşlardan birinə çevrilib.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.