AZ

İran: Son 24 saatda ərzində Hörmüzdən 26 gəmi keçdi

İran İnqilab Keşikçiləri Korpusu Dəniz Qüvvələri son 24 saat ərzində Hörmüz boğazından 23 neft tankeri və ticarət gəmisinin keçdiyini açıqlayıb.

Turkustan.az xəbər verir ki, İslam İnqilabı Keşikçiləri Korpusu Hərbi Dəniz Qüvvələrinin yaydığı yazılı açıqlamada bildirilir ki, son 24 saat ərzində Hərbi Dəniz Qüvvələrinin koordinasiyası və təhlükəsizliyi altında Hörmüz boğazından neft tankerləri, konteyner gəmiləri və digər kommersiya gəmiləri də daxil olmaqla 23 gəmi keçib.

Bəyanatda həmçinin aşağıdakılar yer alırdı:

"Hörmüz boğazında nəqliyyatın hərəkəti üçün icazələrin alınması və koordinasiyanın təmin edilməsi məcburidir. Əvvəllər elan edildiyi kimi, digər marşrutlardan keçid qayda pozuntusu hesab ediləcək və lazımi tədbirlər görüləcək."

Bu arada, dünən gecə bir neçə gəminin naviqasiya sistemlərini söndürərək icazəsiz Fars körfəzinə girməyə cəhd etdiyi, lakin donanma tərəfindən xəbərdar edildikdən sonra geri dönməyə məcbur olduğu bildirilib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
37
turkustan.az

1Mənbələr