AZ

Kiyevin və Avropanın Rusiya qarşısında “kozırları” var

Kiyevin və Avropa ölkələrinin Rusiyaya təzyiq göstərmək üçün istifadə edəcək vasitələri var.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa “X” hesabında bildirib.

Nazirin sözlərinə görə, işə konkret və icra oluna bilən addımlarla başlamaq lazımdır.

O, mümkün tədbirlər kimi aeroportlarda və dəniz limanlarında atəşkəsin dayandırılmasını, mülki şəxslərin geri qaytarılmasını, Zaporojye AES-in demilitarizasiyasını və Oleşkidə humanitar dəhlizin yaradılmasını qeyd edib.

Sibiqa vurğulayıb ki, Avropa sülh təşəbbüsləri üçün ayrıca lider axtarmağa fokuslanmamalıdır, daha vacibi vahid mandatın hazırlanması və Avropanın vahid səsi ilə çıxış edilməsidir.

Seçilən
39
publika.az

1Mənbələr