AZ

"Temu" qaydaları POZDU: 200 milyon CƏRİMƏLƏNDİ

Mayın 28-də Avropa Komissiyası Rəqəmsal Xidmətlər Aktına (DSA) uyğun olaraq "Temu" onlayn platformasına 200 milyon avro məbləğində cərimə tətbiq edib.

Musavat.com xəbər verir ki, bu barədə jurnalistlərə Avropa Komissiyasından məlumat verilib.

Avropa Komissiyasının iddiasına görə, "Temu" şirkəti öz platformasında qanunsuz malların təklif edilməsi ilə bağlı sistemli risklərin, eləcə də bunun Avropa İttifaqındakı istehlakçılara vurduğu ziyanın lazımi səviyyədə müəyyən edilməsini, təhlilini və qiymətləndirilməsini təmin etməyib.

Qurumun əlində olan sübutlar göstərir ki, Aİ-dəki istehlakçıların "Temu"da qanunsuz məhsullarla qarşılaşma ehtimalı olduqca yüksəkdir.

Musavat.com

Seçilən
41
2
musavat.com

3Mənbələr