Rusiyada baş verən inanılmaz hadisə tibb dünyasını şoka salıb. Gözlərindəki davamlı ağrı və qəfil görmə itkisi şikayəti ilə xəstəxanaya gedən 50 yaşlı kişinin kompüter tomoqrafiyasını müayinə edən həkimlər gözlərinə inana bilməyiblər.
Ölkə.az xəbər verir ki, Rusiyanın Kursk bölgəsində yaşayan 50 yaşlı Yuri kişi təxminən 1,5 il əvvəl bağçasındakı budaqları budayarkən sol gözündə qəfil, kəskin ağrı hiss edib. Yuri o zaman gözünə kiçik bir taxta parçasının dəydiyini düşünüb.
Müalicə üçün dəfələrlə oftalmoloqa müraciət etməsinə baxmayaraq, Yuri uzun müddət, hətta müayinə və testlərdən sonra belə problemin mənbəyini müəyyən edə bilməyib.
Ağrısı dözülməz həddə çatan və sol gözündə ciddi görmə itkisi yaşamağa başlayan Yuri təcili xəstəxanaya aparılıb. Xəstəxanada aparılan ətraflı KT və MRT müayinələri əməliyyat otağındakı həkimlər “qan dondurucu” bir hadisə ilə üzləşiblər.
Müayinə zamanı xəstənin göz yuvasına daxil olan, sinusları tamamilə məhv edən və kəllənin əsasına, həyati əhəmiyyətli beyin strukturlarına təhlükəli dərəcədə yaxınlaşan 12 sm uzunluğunda qalın bir ağac budağı aşkar ediblər.
Yuri dərhal əməliyyata götürülüb. Həkimlər onun üzündə heç bir çapıq qalmaması üçün qeyri-adi bir üsuldan istifadə ediblər. Həkimlər nəhəng ağac budağını endoskopik yolla, üzündə heç bir kəsik etmədən, yalnız burun dəliklərindən daxil olmaqla uğurla çıxarıblar.
Mürtəza
