Tbilisi, 28 may, AZƏRTAC
Gürcüstanın Baş naziri İrakli Kobaxidze Türkiyə Respublikasının bu ölkəyə yeni təyin olunmuş səfiri Mustafa Türker ilə görüşüb.
Bu barədə AZƏRTAC-a Gürcüstan hökumət admnistrasiyasından məlumat verilib.
Bildirilib ki, görüşdə iki ölkə arasında ortaq regional maraqlara əsaslanan güclü strateji tərəfdaşlığın əhəmiyyəti qeyd olunub.
İqtisadi əlaqələrin gücləndirilməsinin vacibliyinə diqqət yetirilib və Türkiyənin Gürcüstanın aparıcı ticarət tərəfdaşı olduğu bildirilib.
Tərəflər Orta Dəhlizin inkişaf imkanlarını və birgə regional layihələri müzakirə etdilər.
Bu kontekstdə Cənubi Qafqaz regionunda sülhün və sabitliyin təmin edilməsinin vacibliyi xüsusi vurğulanıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi