AZ

Keniyada internat məktəbində baş verən yanğında 16 şagird ölüb

Qahirə, 28 may, AZƏRTAC

Keniyanın Rift Valli bölgəsində yerləşən qızlar üçün internat tipli məktəbin yataqxanasında baş verən yanğın nəticəsində 16 şagird həyatını itirib.

AZƏRTAC “Reuters” agentliyinə istinadla xəbər verir ki, bu barədə Keniya hökuməti məlumat yayıb.

Keniyanın təhsil naziri Julius Migos jurnalistlərə bildirib ki, səbəbi hələ müəyyən edilməyən yanğın ölkənin qərbində yerləşən Gilgil qəsəbəsindəki “Otomişi” qız liseyində gecə başlayıb və iki saatdan çox davam edib.

Nazirin sözlərinə görə, hadisə nəticəsində daha 79 şagird xəsarət alıb. Yaralılardan 71-i tibbi yardım göstərildikdən sonra xəstəxanadan buraxılıb.

Şıxəli Əliyev
AZƏRTAC-ın xüsusi müxbiri
Qahirə
Seçilən
33
azertag.az

1Mənbələr