AZ

“Tarixi uğurun biraddımlığındayıq” – Amil Yunanov “Qəbələ”yə qarşı pley-off matçından əvvəl nə dedi?

Bu gün Misli premyer-liqasında pley-off oyunu keçiriləcək. Bilindiyi kimi, “SOCAR Polymer Arena”da meydana çıxacaq “Qəbələ” premyer-liqada qalmaq, “Mingəçevir” elita klublarının yarışına vəsiqə qazanmaq uğrunda mübarizə aparacaq. Oyun saat 18.30-da başlayacaq.

Matça hazırlıq, gözləntilər barədə fikirlərini öyrənmək üçün “Mingəçevir”in hücumçusu Amil Yunanova müraciət etdik. Onun “Football-plus.az”a cavabı:

“Oyuna yüksək səviyyədə hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, premyer-liqaya vəsiqə qazanaq. Tarixi uğurun biraddımlığındayıq. Özümüzə güvənirik, inamımız böyükdü. O başqa məsələ ki, favorit “Qəbələ”di. Rəqib premyer-liqa klubudu, çox yaxşı məşqçilər korpusu və futbolçuları var. Bizdə də yetərincə keyfiyyətli oyunçular var. Əksər futbolçuların premyer-liqa təcrübəsi var. Ən yaxşısını etməliyik. Həmişə komandama istər meydanda, istərsə də meydandan kənarda kömək etməyə çalışmışam. Bu dəfə də maksimum dəstək olmağa çalışacam. Final oyununda nə etmək lazımdısa, onu da edəcəyik”.

KƏNAN BAHADIR
Seçilən
33
1
football-plus.az

2Mənbələr