Pakistan baş nazirinin müavini və xarici işlər naziri Ishaq Dar BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkdakı iclasında iştirakını başa vurduqdan sonra mayın 29-da rəsmi səfərlə Vaşinqtona yola düşəcək.
Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində Dar ABŞ dövlət katibi Marco Rubio ilə görüşəcək.
Tərəflərin Pakistan-ABŞ münasibətlərinin hazırkı vəziyyətini, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə edəcəkləri gözlənilir.
Danışıqlarda prioritet istiqamətlər üzrə əməkdaşlığın genişləndirilməsi məsələlərinə xüsusi diqqət ayrılacaq.
Pakistan XİN bildirib ki, Dar Vaşinqton proqramını başa vurduqdan sonra həmin gün İslamabada qayıdacaq.