AZ

Aİ Şurası Ukraynaya 2,8 milyard avro yeni yardım tranşını təsdiqlədi

Avropa İttifaqı (Aİ) Şurası Kiyevin zəruri şərtləri yerinə yetirməsindən sonra "Ukraine Facility" proqramı çərçivəsində Ukraynaya təxminən 2,8 milyard avro məbləğində yeddinci maliyyə yardımı tranşını təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanl Avropa Şurası yayıb.

Bildirilib ki, Ukrayna növbəti tranşın alınması üçün nəzərdə tutulan 20 tələbdən 11-ni yerinə yetirib, həmçinin proqramın əvvəlki mərhələlərindən qalan bir sıra öhdəlikləri tamamlayıb.

Bundan əlavə, Kiyev növbəti ödənişlər üçün planlaşdırılan bir neçə islahatı vaxtından əvvəl həyata keçirib.

Vəsaitlər "Ukraine Facility" - Aİ-nin 2024–2027-ci illər üçün nəzərdə tutulmuş və ölkədə bərpa, modernizasiya və islahatların dəstəklənməsinə yönəlmiş 50 milyard avrodan çox həcmə malik proqramı çərçivəsində ayrılır.

Əvvəlki, təxminən 2,3 milyard avro məbləğində altıncı tranş 2025-ci ilin dekabrında köçürülmüşdü. (Report.az)

Bizim.Media

Seçilən
23
1
bizim.media

2Mənbələr