Bizimyol saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
İran İnqilab Keşikçiləri Donanması son 24 saat ərzində 26 ticarət gəmisi və neft tankerinin Hörmüz Boğazından təhlükəsiz şəkildə keçdiyini açıqlayıb.
Bizimyol.info xəbər verir ki, qurumun mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, bütün gəmilər əvvəlcədən lazımi icazələri alaraq xüsusi təhlükəsiz koridor vasitəsilə boğazdan keçib. İran tərəfi Hörmüz Boğazının “tam nəzarət və ağıllı idarəetmə sistemi” ilə idarə olunduğunu iddia edib.
Açıqlamada vurğulanıb ki, boğazdan keçid üçün əvvəlcədən icazə alınması və koordinasiya zəruridir. Qaydaların pozulması “qanun pozuntusu” kimi qiymətləndirilir və belə hallarda müdaxilə edilə biləcəyi qeyd olunub.
İran həmçinin bəzi gəmilərin izləmə sistemlərini söndürərək və ya manipulyasiya edərək Körfəzə daxil olmağa çalışdığını iddia edib. Məlumata görə, radio xəbərdarlıqlardan sonra iki gəmi dayandırılıb, digərləri isə geri qayıtmağa məcbur olub.
Açıqlamada əlavə olaraq ABŞ-ın atəşkəsi pozaraq Bandar Abbas hava limanı ətrafına raket zərbələri endirdiyi də iddia edilib. İran tərəfi hücumun zərər yaratmadığını, cavab olaraq ABŞ bazalarından birinin hədəf alındığını bildirib.
İran İnqilab Keşikçiləri ABŞ-a xəbərdarlıq edərək, oxşar hücumların davam edəcəyi halda “sərt cavab” veriləcəyini vurğulayıb və Hörmüz Boğazının idarə olunmasının yalnız İran dəniz qüvvələrinin səlahiyyətində olduğunu bəyan edib.
Bizimyol.info
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.