Bizimyol portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
Pakistanın xarici işlər naziri İshaq Dar 29 may tarixində rəsmi səfərlə Vaşinqtona gedəcək və ABŞ Dövlət katibi Marko Rubio ilə görüşəcək.
Bizimyol.info xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
Bildirilib ki, görüş zamanı tərəflər ikitərəfli münasibətləri müzakirə edəcək, həmçinin regional və qlobal məsələlər üzrə fikir mübadiləsi aparacaqlar.
“Səfər çərçivəsində İshaq Dar dövlət katibi və ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Marko Rubio ilə görüşəcək. Görüşdə qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər müzakirə olunacaq”, - deyə nazirliyin açıqlamasında qeyd olunub.
Danışıqlarda həmçinin iki ölkə arasında əməkdaşlığın gücləndirilməsi, eləcə də Pakistanın dialoq və diplomatiya vasitəsilə regionda sülh və sabitliyə töhfə vermək səyləri diqqət mərkəzində olacaq.
Bizimyol.info
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.