AZ

Kəşfiyyat xidmətinin keçmiş zabitinin evindən 300 kiloqram qızıl çıxdı

Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş yüksək rütbəli zabitinin Vircinya ştatındakı evində axtarış zamanı tapılanlar hamını təəccübləndirib. 

Avtosfer.az xəbər verir ki, axtarış zamanı Devid Raşın evindən hər biri 1 kiloqram olan 303 ədəd qızıl külçə tapılıb. Külçələrin bazar dəyəri 40 milyon dollardan çoxdur.

Bundan başqa, malikanədən 2 milyon dollar nağd pul və 30 ədəd lüks saat da götürülüb.

Prokurorluğun məlumatında göstərilir ki, Devid Raş kəşfiyyat xidmətində ən məxfi bölmələrdən birinə uzun illər rəhbərlik edib. Onun vəzifəsi casusluq fəaliyyəti üçün qabaqcıl texnologiyaların hazırlanması olub.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
47
avtosfer.az

1Mənbələr