AZ

Hüsamettin İnaç: Sülhü təmin edəcək yeganə erməni siyasi lider Paşinyandır

Sherg.az saytından alınan məlumata görə, ain.az bildirir.

Cənubi Qafqazda müharibədən sonra yaranan yeni geosiyasi reallıq region ölkələri arasında münasibətlərin gələcəyini əsas müzakirə mövzularından birinə çevirib. Xüsusilə Ermənistanın daxili siyasi gündəmində konstitusiya dəyişiklikləri ilə bağlı müzakirələrin yenidən aktuallaşması diqqət çəkir. Ermənistanın Baş naziri Nikol Paşinyanın parlament seçkilərindən sonra yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsü ilə çıxış edəcəklərini açıqlayıb. Bu həm ölkədaxili siyasi proseslər, həm də regionda mümkün normallaşma perspektivləri baxımından mühüm mesaj kimi qiymətləndirilir.

Beynəlxalq siyasət üzrə ekspert Dr.Hüsamettin İnaç Sherg.az-a Paşinyan 2020-ci il Qarabağ zəfərindən sonra Azərbaycan-Ermənistan arasında yekun sülhün təmin olunması məsələsini ciddi şəkildə gündəmdə saxladığını söyləyib: 

"Əslində həm kilsə, həm rəqibi olan müxalif kəsimlər, həm də diaspora erməniləri ona çox ciddi şəkildə reaksiya verirlər. Hətta Amerika və Fransaya qarşı duraraq o, hər zaman bir şəkildə sülh tərəfdarı olaraq mövqe sərgiləməyə çalışır. Paşinyan ilk vaxtlarda xüsusilə Fransadan və Avropadan, yəni Minsk qrupu üzvlərindən dəstək gözlədi, amma onların öz maraqları çərçivəsində hərəkət etdiyini gördü. Amerika da oxşar şəkildə Ermənistanın müstəqil, suveren və qonşuları ilə yaxşı münasibətlər inkişaf etdirən bir ölkə olması istiqamətində töhfə verə bilmədi. Nəticə etibarilə Paşinyan həm Azərbaycan, həm də Türkiyə ilə yaxşı qonşuluq münasibətləri qurmadan bölgədə rifah, sabitlik və təhlükəsizlik içində Ermənistanın yaşaya bilməyəcəyini gördü. Ancaq burada Azərbaycanın ən böyük şərti konstitusiyanın dəyişdirilməsidir. Çünki konstitusiya həm Azərbaycanın, həm də Türkiyənin ərazi bütövlüyünü tanımayan və hər iki ölkədən də torpaq tələbində olan, əslində aqressiv ifadələrə sahib anayasadır. Bu dəyişiklik olmadan yekun sülhün baş tutmayacağını Türkiyə də, Azərbaycan da bildirdi. Bu dəyişikliyi etmək üçün Paşinyan mütləq addımlar atacaq". 

Analitik Paşinyanın sülhü təmin etmək üçün həqiqətən də qətiyyətli mövqe nümayiş etdirdiyini söyləyib:

"Bunu görən Prezidentimiz Rəcəp Tayyib Ərdoğan və İlham Əliyev Paşinyanı dəstəkləyən addımlar atırlar. Məsələn, ona Azərbaycan qazı verilir, Qazaxıstan üzərindən aldığı taxılın Azərbaycan üzərindən keçirilməsi məsələsində kömək olunur, başqa mövzularda da Paşinyanın yanında dayanılır. Mən şəxsən Paşinyanın kifayət qədər səmimi olduğu qənaətindəyəm. O, konstitusiyanı dəyişdirəcəkdir. Çünki qarşımızda hətta 1915-ci il, yəni erməni soyqırımı iddialarını belə tanımayan Paşinyan var. O, imperialist güclərin türklərlə ermənilər arasında düşmənçilik başlatmaq üçün yalanlarla əslində bu günə qədər gəldiyini çox yaxşı şəkildə anlamış liderdir. Keçən il 8 avqustda Zəngəzur Dəhlizini “Tramp Sülh Yolu” adı altında dəyişdirmək istəyən Amerika təsiri var idi. İndi isə Rusiya və Çinin ciddi şəkildə bölgədə varlıq göstərmək kimi məqsədləri var. Yəni imperialist güclər bu Cənubi Qafqazın iki önəmli ölkəsini öz başına buraxmayacaqlar".

Ekspert sülhü təmin edəcək yeganə erməni siyasi liderin Paşinyan olacağını vurğulayıb:

"Həqiqətən də mövcud Ermənistan liderləri arasında konstitusiyanı dəyişdirərək Türkiyə, Azərbaycan və Ermənistan dostluğuna töhfə verə biləcək yeganə siyasi fiqur Paşinyandır. Onun seçkiləri qazanması Cənubi Qafqazın rifahı, sabitliyi və sülhü baxımından olduqca mühüm əhəmiyyət kəsb edir".

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
41
sherg.az

1Mənbələr