AZ

“Qarabağ” kubok qaldıracağı oyunun biletlərini satışa çıxardı

ain.az xəbər verir, futbolpress-az saytına əsaslanaraq.

“Qarabağ”ın Azərbaycan Premyer Liqasının XXXV turunda “Kəpəz”ə qarşı keçirəcəyi oyunun biletləri satışa çıxarılıb.

Futbolpress.az xəbər verir ki, satış bu gün saat 12:00-dan etibarən başlayıb.

Biletlərin qiyməti sektorlara uyğun olaraq dəyişir. Qapıarxası və künclərdə yerləşən sektorlar 3 manat, mərkəzi sektorlar 7 manat, VIP biletlər isə 15 manat təşkil edir.

“Qarabağ” Premyer Liqada çempionluğu təmin edib. “Atlılar” bu görüşdən sonra kubokuna qovuşacaq.

Mayın 18-də keçiriləcək oyuna saat 19:00-da start veriləcək.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
54
futbolpress.az

1Mənbələr