AZ

“Barselona” saxlamaq niyyətindədir, “Atletiko”ya satmaq istəmir

“Barselona” rəhbərliyi yarımmüdafiəçi Mark Kasadonu komandada saxlamaq niyyətindədir.

Sportinfo.az “Diario Sport”-a istinadən xəbər verir ki, “Atletiko”nun baş məşqçisi Dieqo Simeone 22 yaşlı futbolçunun oyununu çox bəyənir və onu komandasında görmək istəyir.

Madrid klubu artıq bir neçə aydır ki, Kasado ilə bağlı araşdırmalar aparır və yay transfer dönəmində onu heyətinə qatmağa ümid edir.

Lakin “Barselona” öz yetirməsini satmaq niyyətində deyil və yarımmüdafiəçini gələcəyin vacib parçalarından biri hesab edir.

Kasado bu mövsüm bütün turnirlər daxil olmaqla 34 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Seçilən
41
sportinfo.az

1Mənbələr