AZ

Cənubi Livanda humanitar böhran dərinləşir: yüz minlərlə insan didərgin düşür

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İsrailin cənubi Livanda davam etdirdiyi intensiv hava hücumları və genişmiqyaslı təxliyə əmrləri bölgədə humanitar vəziyyəti daha da ağırlaşdırıb.

TurkicWorld xəbər verir ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (ICRC) məlumatına görə, Livanın cənubunda qalan mülki əhali üçün vəziyyət artıq “davamolunmaz həddə” çatıb.

Məlumata əsasən, Sur (Tyre) şəhərinə sığınan məcburi köçkünlərin böyük hissəsi daha cənub bölgələrindən təhlükəsizlik məqsədilə bölgəni tərk edərək buraya gəlib.

İsrail ordusu isə Sur şəhəri və Zəhrani çayının cənubunda yerləşən bütün ərazilər üçün məcburi köçürülmə əmri elan edib. Bildirilir ki, həmin zona İsrail sərhədindən təxminən 40 kilometr uzaqlığa qədər uzanır və burada əvvəllər yüz minlərlə insanın yaşadığı onlarla şəhər və kənd yerləşir.

Yaxın ŞərqMartın 2-dən bəri davam edən qarşıdurmalar və İsrailin ardıcıl hava hücumları nəticəsində çox sayda insan artıq bölgəni tərk etmək məcburiyyətində qalıb.

Son günlərdə Sur şəhəri və Livanın cənubundakı digər yaşayış məntəqələrində yaşayış binalarını hədəf alan ən ağır bombardmanlardan bəzilərinin həyata keçirildiyi bildirilir.

Hazırda əsas problemlərdən biri yüz minlərlə insanın yerləşdirilməsi məsələsidir. Köçkünlərin bir hissəsi cənubdakı Sayda şəhərinə üz tutsa da, dövlət sığınacaqlarında yer qalmadığı üçün ciddi sıxlıq yaranıb. Digər ailələrin isə Beyrut istiqamətində hərəkət etdiyi qeyd olunur.

Humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, davam edən bombardmanlar nəticəsində bölgədə humanitar böhran sürətlə dərinləşir. Son hücumlarda onlarla insanın həyatını itirdiyi, bəzi hallarda isə bütöv ailələrin dağıntılar altında qaldığı bildirilir.

Seçilən
49
turkic.world

1Mənbələr