Bu gün Azərbaycanln minifutbol millisi Slovakiyanın paytaxtı Bratislavada keçirilən Avropa çempionatında mübarizəyə başlayıb.
Sportinfo.az xəbər verir ki, Elşad Quliyevin komandası Avstriya yığması ilə qarşılaşıb.
Tipos Arena"da keçirilən F qrupunun matçı Azərbaycan millisinin qələbəsi ilə başa çatıb. Yeganə qolu İsa Atayev 36-cı dəqiqədə vurub.
Azərbaycan millisi mayın 29-da İtaliya, mayın 30-da Fransa ilə qarşılaşacaq.