AZ

Minifutbol millisinin üzvü: “İlk görüş olduğu üçün ağır alındı” VİDEO

ain.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.

Azərbaycanın minifutbol millisinin üzvü İsa Atayev komandamızın Avropa çempionatının birinci oyunununda Avstriyaya qarşı keçirdiyi oyunu şərh edib.

İdman.Biz xəbər verir ki, İsa Atayev jurnalistlərə açıqlamasında Azərbaycan millisinin Slovakiyada keçirilən Avropa çempionatının növbəti oyunlarında da qələbə qazanmağı hədəflədiyini açıqlayıb.

“Xalqımızı sevindirmək istəyirik. İlk qarşılaşmanın ağır keçəcəyini gözləyirdik. Birinci matçlar həmişə çətin alınır. Bütün kollektivlər sonadək mübarizə aparırlar. Son dünya çempionuyuq. Bu səbəbdən hər komanra bizə qarşı fərqli oyun sərgiləyir. Meydana da bir az öyrəşməmişdik. İlk görüş olduğu üçün ağır alındı” – deyə İsa Atayev vurğulayıb.

Qeyd edək ki, Azərbaycan yığması qitə birinciliyindəki ilk oyununda Avstriya seçməsini 1:0 hesabı ilə məğlub edib.

Xatırladaq ki, Azərbaycanın minifutbol millisi mayın 29-da İtaliya, 30-da isə Fransa ilə münasibətlərə aydınlıq gətirəcək.

İdman.Biz

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
65
icma.az

1Mənbələr