AZ

100 min vəd olundu - Elitaya vəsiqə qazanmaq üçün: SON DƏQİQƏ

Bu gün Misli Premyer Liqasına vəsiqə qazanacaq son komanda müəyyənləşir.

Pley-off oyununda "Qəbələ" ilə "Mingəçevir" üz-üzə gələcək.

"Qəbələ" Misli Premyer Liqasını başa çatan mövsümünü 11-ci, "Mingəçevir" isə I Liqanı ikinci pillədə tamamlayıb.

"Qəbələ" Premyer Liqada yerini qorumağa, "Mingəçevir" elitaya yüksəlməyə çalışacaq.

Sumqayıtdakı "SOCAR Polymer Arena" təşkil olunacaq görüşü FİFA referisi Tural Qurbanov idarə edəcək.

Aşağı liqanın mənsubu yüksək liqaya vəsiqə alarsa, tarixinin ən böyük mükafatını qazanacaq. 100 min manat - bu qədər «işıqçılar»ın ola bilər.

I Liqanın son turunda «Səbail»i 4:1 udaraq pley-off mərhələsində iştirak hüququ əldə edən və 20 min manat «ənam» alan «nur şəhəri»nin komandası müjdələnib.

«Qəbələ» ilə oyunda möcüzəyə imza atarlarsa,100 min onların olacaq.

SPORTİNFO.AZ

Seçilən
40
sportinfo.az

1Mənbələr