ain.az, Lent az saytına istinadən bildirir.
Ucar sakinini ilan sancıb.
Lent.az xəbər verir ki, hadisə bu gün rayonun Qaradağlı kəndində qeydə alınıb.
Kənd sakini, 53 yaşlı Lalə Arif qızı Qurbanova həyətyanı sahədə kənd təsərrüfatı işləri ilə məşğul olan zaman onu ilan sancıb. Zərərcəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
TƏBİB-dən Lent.az-ın sorğusuna cavab olaraq bildirildi ki, mayın 28-i saat 17 radələrində Ucar Rayon Qaradağlı kənd sakini 53 yaşlı Qurbanova Lalə Arif qızı ilan sancması diaqnozu ilə Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və təxirəsalınmaz tibbi yardım bölməsinə hospitalizasiya olunub. Xəstəyə zəruri tibbi yardım göstərilib, ilan zəhərinə qarşı zərdab peyvəndi vurulub.
Hazırda vəziyyəti qənaətbəxş olaraq qiymətləndirilir.
Zahid Abışov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.