ain.az, Azpolitika.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ermənistan hakimiyyəti iyunun 7-də keçiriləcək seçkilərdə bir neçə rusiyalı müşahidəçinin, o cümlədən Rusiya Dövlət Dumasının deputatlarının akkreditasiyadan keçirilməsindən imtina edib. Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bəyan edib.
"AzPolitika" xəbər verir ki, Rusiya XİN sözçüsü İrəvanın bu addımının Moskvada ciddi təəccüb və narazılıq doğurduğunu gizlətməyib. Zaxarovanın sözlərinə görə, Moskva imtinanın səbəbləri barədə Ermənistan tərəfindən hər hansı rəsmi izahat almayıb:
«Təəssüf ki, erməni tərəfdaşlarımız qeyri-rəsmi şəkildə missiyanın tərkibində bir sıra Rusiya vətəndaşlarının iştirakının arzuolunmazlığı barədə bizi məlumatlandırıblar. Onların arasında Rusiya Dövlət Dumasının üç deputatı və Karaçay-Çərkəz Respublikası Seçki Komissiyasının nümayəndəsi var».
Zaxarova vurğulayıb ki, Rusiya tərəfi rəsmi İrəvanın bu davranışını və nümayiş etdirdiyi məntiqi qəbul etmək niyyətində deyil. O, bu hadisənin iki ölkə arasındakı gələcək münasibətlərə təsir edəcəyinə eyham vurub:
«Rusiya vətəndaşlarına akkreditasiya verməkdən imtina edilməsi qərarı dərin təəssüf doğurur və bizi çaşqınlıq içində qoyur. Moskva bu məntiqi qəbul etməyə hazır deyil və İrəvanla gələcək fəaliyyətində mütləq bunu nəzərə almalı olacaq».
Siyasi şərhçilər qeyd edirlər ki, Ermənistanın rusiyalı rəsmi şəxsləri və deputatları seçki prosesindən kənarda saxlaması Baş nazir Nikol Paşinyanın Moskvadan tamamilə qopmaq və Qərbin regiondakı monitorinq rıçaqlarını gücləndirmək strategiyasının tərkib hissəsidir.
Rasim
"AzPolitika.info"
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.