AZ

Avropanın 30 il axtardığı qadın həbs edildi

ain.az, Lent az saytına istinadən bildirir.

Keçmiş silahlı qruplaşma üzvü, Almaniyanın ən çox axtarılan qadını 67 yaşlı Daniel Klett 30 il polisdən gizləndikdən sonra həbs edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, Almaniya məhkəməsi “Qırmızı Ordu Fraksiyası”nın digər adı ilə “Baader-Maynhof dəstəsi”nin keçmiş üzvü Daniel Kletti polisdən gizləndiyi müddət ərzində törətdiyi silahlı soyğunçuluqlara görə 13 il həbs cəzasına məhkum edib. Prokurorlar onun üçün 15 il həbs cəzası istəyiblər.

14 ay davam edən məhkəmə istintaqından sonra Verden Regional Məhkəməsi onu ağırlaşdırıcı hallarla törədilmiş altı soyğunçuluq epizodu, pul tələb etmək məqsədilə adam oğurluğu və döyüş silahlarının saxlanılması maddələri üzrə təqsirli bilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
49
lent.az

1Mənbələr