AZ

Danilo üçün nəhənglərin savaşı

Braziliyanın "Botafogo" klubunda çıxış edən istedadlı yarımmüdafiəçi Danilo yenidən Avropanın böyük klublarının diqqət mərkəzinə düşüb.

Fanat.Az xəbər verir ki, Braziliyanın "UOL" portalının yaydığı məlumata görə, "Mançester Yunayted" və İtaliyanın "AC Milan" klubları 25 yaşlı oyunçunun transferi üçün artıq rəsmi təkliflərini irəli sürüblər.

Əvvəllər Premyer Liqada "Nottingem Forest"in formasını geyinmiş Danilo, baş məşqçi Karlo Ançelottinin rəhbərliyi altında Braziliya millisinin 2026-cı il Dünya Çempionatı heyətinə daxil edildikdən sonra yenidən Avropaya qayıtmaqda olduqca istəklidir. Lakin "Botafogo" rəhbərliyi futbolçunu satmağa tələsmir.

Braziliya təmsilçisi gənc yarımmüdafiəçinin transfer dəyərinin Dünya Çempionatındakı çıxışından sonra daha da yüksələcəyinə inanır və təklifləri turnirdən sonra daha ciddi şəkildə dəyərləndirməyi planlaşdırır.

Seçilən
22
1
fanat.az

2Mənbələr