AZ

Rusiya Ermənistandan meyvə-tərəvəz idxalını dayandırdı...



Rusiya 30 may tarixindən etibarən Ermənistandan meyvə-tərəvəz məhsullarının idxalını məhdudlaşdırır. Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitariya Nəzarət Federal Xidmətinin (“Rosselxoznadzor”) açıqlamasında bildirilir.

Qeyd edilir ki, məhdudiyyətlər Ermənistan mənşəli və bu ölkədən göndərilən təzə pomidor, xiyar, bibər, yaşıl tərəvəz və çiyələklərin idxalına şamil ediləcək. Agentlik qeyd edib ki, müvəqqəti məhdudiyyət qərarı Ermənistan məhsullarının idxalında artan pozuntuların sayı və Rusiyada fitosanitariya təhlükəsizliyinin təmin edilməsi zərurəti ilə əlaqədar qəbul edilib.

Mayın 15-də Rosselxoznadzorun (Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmət) bir sıra Ermənistan müəssisələrində, o cümlədən əvvəllər Rusiyaya məhsul göndərişi dayandırılmış şirkətlərdə yoxlamalar aparmaq niyyətində olduğu açıqlandı. Buna səbəb, ehtimal ki, Avropa mənşəli saxta balıq məhsullarının idxalı ilə bağlı şübhələrdir.

Mayın 15-də “Rosselxoznadzor”un Rusiyaya məhsul göndərişi dayandırılmış şirkətlər də daxil olmaqla bir sıra Ermənistan müəssisələrində yoxlamalar aparmaq niyyətində olduğu açıqlanıb. Bildirilirdi ki, buna səbəb, Avropa mənşəli saxta balıq məhsullarının idxalı ilə bağlı şübhələrdir. Mayın 21-də isə Ermənistan tərəfi Rusiya nümayəndə heyətinin müəssisələrdə yoxlamalara başladığını bildirib.

Tahir TAĞIYEV

Seçilən
78
baki-xeber.com

1Mənbələr