AZ

Polis İsveçrənin şimalındakı bıçaqlı hücumu terror aktı hesab edir

BAKI, 28 may. TELEQRAF

İsveçrə polisi Vintertur şəhərindəki dəmir yolu stansiyasında üç nəfərin yaralanmasına səbəb olan bıçaqlı hücumu terror aktı hesab edir.

Teleqraf xəbər verir ki, bu barədə İsveçrə Radio və Televiziyası (SRF) Sürix Kantonunun Təhlükəsizlik Departamentinin direktoru Mario Ferə istinadən məlumat verib.

Onun sözlərinə görə, hücumçu 1994-cü ildə İsveçrədə anadan olub və 2009-cu ildə İsveçrə vətəndaşlığını alıb. 2024-cü ildə Türkiyəyə köçüb və 2026-cı ilin mayında İsveçrəyə qayıdıb. Fer vurğulayıb ki, Sürix kanton polisi hücumun dəqiq motivini və şəraitini müəyyən etmək üçün araşdırma aparır.

Şübhəli 2015-ci ildə İŞİD-ə qoşulub.

Qeyd edək ki, bu gün səhər naməlum kişi İsveçrənin şimalındakı Vinterthur qatar stansiyasında piyadalara hücum edərək üç nəfəri yaralayıb. Hücumçu saxlanılıb. Şahidlərin sözlərinə görə, kişi yeraltı keçiddən keçərək müsəlman dini şüarları səsləndirərək insanlara hücum edib.

Seçilən
53
3
teleqraf.com

4Mənbələr