futbolpress-az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Misli Premyer Liqasına vəsiqə uğrunda keçirilən “Qəbələ” – “Mingəçevir” oyunundan (2:0) sonra “Mingəçevir”in baş məşqçisi Ramiz Məmmədov jurnalistlərin suallarını cavablandırdı.
Futbolpress.az xəbər verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirdi:
– Komandanın oyunundan razı qaldım. Bəzi mövqelərlə bağlı narazılıq var.
– Lazımi nəticə üçün nə çatmadı?
– Hakimlikdən narazılıq edən məşqçi olmamışam. Amma səmimi deyirəm, bu oyunda Tural Qurbanovun bu oyunda olması yersiz idi. Bütün cərimələr qapımıza tərəf idi.
– Yaxşı müdafiə olunurdunuz, amma qol buraxandan sonra sanki ruh düşkünlüyü yarandı…
– Standart vəziyyətə qədər qapımızda təhlükə yox idi. Rəqibin vurduğu qol zamanı qaydanı pozmamışdıq. Əlavə olaraq, “Qəbələ” penaltini qazanandan əvvəl də bizim oyunçumuza müdaxilə var idi. Hər iki qolun səbəbkarı Tural Qurbanov idi.
– Klubdakı taleyiniz necə olacaq?
– Hələ ona vaxt var.
– Premyer Liqa təcrübəsi olan futbolçuların ehtiyatda qalması nə ilə bağlı idi?
– Bu, komandanın daxili işidir. Hansı oyunçular tam hazırdır, onlar oynadı. Özümüz özümüzə düşmən deyilik. Taktiki planlarımız var idi. Usmanın, Cəlalın, Bahadırın oyuna sonradan daxil olması komandanın güclənməsinə hesablanmışdı.
– Oyundan əvvəl şanslarınızın yüksək olduğunu demişdiniz…
– Sözümün üstündəyəm. Mübariz komandayıq.
– Sizcə, pley-offun reqlamenti düzgündür? Premyer Liqa klubu 11 legionerlə meydana çıxa bilər, amma siz yox…
– Komandalar arasında büdcə, keyfiyyət fərqi var. Düzgün rəqabət üçün belə məqamlara fikir vermək lazımdır.
Şahin Cəfərov
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.