AZ

İrəvanda nümayiş olunan silahlar Azərbaycana qarşı…– polkovnikdən açıqlama

“Bu gün İrəvanda keçirilən hərbi parad sırf 7 iyun seçkilərinə hesablanmış tədbir idi. Amerika dövlət katibi Marco Rubionun səfəri, ondan əvvəl Ermənistanda keçirilən Avropa İttifaqının sammitinin, Amerika rəsmlərinin son vaxtlar İrəvana intensiv səfərləri sanki proqram əsasında tərtib olunmuşdu və Paşınyana dəstək xarakteri daşıyırdı”.

Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov bunu Musavat.com-a açıqlamasında bildirib.

Ekspert deyib ki, hərbi parad günündə ABŞ prezidenti Donald Trampın sosial şəbəkə hesabında Paşinyana verdiyi dəstək də bunu deməyə əsas verir ki, bu, hərbi parad yalnız və yalnız Paşinyana yana dəstək xarakteri daşıyırdı: “O ki qaldı parad haqqında səslənən müxtəlif fikirlərə, bu, təbiidir, mən həmin fikirlərə hörmətlə yanaşıram. Amma bu paradın Azərbaycan üçün hər hansı bir qorxusu və yaxud da narahatlıq doğuran məqamı yoxdur. Paşinyan bu paradla həm daxili auditoriyaya, həm də Ermənistanı bu günlərə hədəf götürən qüvvələrə bir mesaj çatdırırdı ki, sizin düşündüyünüz kimi, artıq Ermənistan kiminsə qabağında qul vəziyyətində və yaxud da kiminsə boyundurağı olmağa bundan sonra heç vaxt razılıq verməyəcək! Həm də bu paradın Rusiyaya bir mesajı var idi. Son günlər Rusiya tərəfindən konkret olaraq Paşinyana yönəlik tənqidlər, təhqirlər, təhdidlər var və bu hərbi paradla Paşinyan bir daha demək istəyirdi ki, onlar müharibədə Azərbaycana məqlub olmalarına baxmayaraq, amma qısa müddətdə ən azından Ermənistanın təhlükəsizliyini təmin etmək üçün müəyyən silah-sursatlar almağa çalışıblar”.

Ü.Cəfərov əminliklə vurğulayıb ki, o silah-sursat sırf Ermənistanın özü, öz ordusunun tələbatı üçündür: “Düşünmürəm ki, ağıllı Ermənistan rəhbərliyi o silahlardan Türkiyəyə və Azərbaycana qarşı istifadə eləsin. Çünki bilirlər ki, o, alınan silahlardan da qat-qat güclüləri, bugünləri həm NATO ölkəsi olan Türkiyədə, həm də Azərbaycanda var. Son vaxtlar daha çox Rusiya kanallarında və Rusiya rəsmlərinin dilindən fikirlər səslənir ki, əgər Rusiyanın 102-ci hərbi bazası Ermənistan ərasından çıxarılsa, Azərbaycan və Türkiyə qısa bir müddətdə Ermənistanın müstəqilliyininə son qoyacaq, nə bilim, Ermənistan öz süverenliyini itirəcək. Əsla elə bir şey yoxdur və olması da gözlənilmir. Sadəcə, Ermənistan - Türkiyə, Ermənistan - Azərbaycan yaxınlaşması, son vaxtlar bölgədə baş verən pozitiv hadisələr bəzilərini narahat edir. Onlar bundan Ermənistana qarşı aktiv şəkildə istifadə eləməyə çalışırlar. Samvel karapetyanlar, Robert köçəryanlar, sonra Ara abramyanlar sırf idarə olunan şəxslərdir, onlar müəyyən tapşıqları yerinə yetirirlər”. Polkovnik qeyd edib ki, Paşinyan ordusunu bərpa etməyə, müasir, həm də gücü çatan silahlarla təmin etməyə çalışır. Çünki Ermənistanın iqtisadi imkanları elə də böyük deyil ki, onlar daha modern, sonuncu nəsli silahlardan alsın. Amma aldıqları da Hindistandan, Yunanistandan, Çindən, bir sıra digər ölkələrdən alınan silahlardır. Bunlar da sırf Ermənistan ordusunun müdafiəsi və təhlükəsizliyi üçün nəzərdə tutmuş silahlardır. Mən şəxsən bu silahlardan Azərbaycana hər hansı bir təhlükə görmürəm. Çünki o silahları qarşılaya biləcək, o silahları necə deyərlər, zərərsizləşdirə biləcək Azərbaycanın daha modern, daha çevik, həm Silahlı Qüvvələri var, həm də texnologiyası mövcuddur”.

E.Paşasoy,

Musavat.com

Seçilən
44
musavat.com

1Mənbələr