Gələn mövsüm elitada oynamaq uğrunda pley-off oyununda “Mingəçevir” “Qəbələ”yə məğlub oldu - 0:2. “Football-plus.az” xəbər verir ki, oyunsonrası mətbuat konfransında qonaqların çalışdırıcısı Ramiz Məmmədov media önünə çıxıb.
- Uşaqlara təşəkkür edirəm. Oyundan razı qaldım.
- Qələbə üçün nə çatmadı?
- Hakimlərdən narazı olmamışam. Tural Qurbanovun bu oyuna təyinat alması yersiz idi. Addımbaşı cərimə zərbəsi təyin edirdi.
- Klubdakı taleyiniz necə olacaq?
- Səhərə salamat çıxaq, fikirləşərik. Vaxtımız var.
- Elita təcrübəsi olan futbolçular niyə ehtiyatda idi?
- Komandanın daxili işidi. Hazır olanları seçdik. Özümüzə düşmən deyilik.
- Oyundan əvvəl “şansımız çoxdu” demişdiz. Bu rəqibdə qıcıq yaratmadı ki?
- Komandamı üstün görürdüm deyə, üstün demişəm.
- Rəqibin 11 legionerlə oynaması idman prinsipinin pozulması deyil?
- Əlbəttə. Onsuz da büdcə fərqi var. Əsasnaməyə əl gəzdirmək lazımdı.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta