AZ

"Barselona" ilk transferini etdi

"Nyukasl Yunayted"in futbolçusu Entoni Qordon karyerasını İspaniya nəhəngi "Barselona"da davam etdirəcək. Metbuat.az xəbər verir ki, futbolçu artıq Kataloniyaya gəlib."Barselona" və "Nyukasl" klubları arasında transfer qiyməti barədə tam razılıq əldə olunub.İspaniya təmsilçisinin bu transfer üçün bonuslar da daxil olmaqla, təxminən 80 milyon avro ödəyəcəyi bildirilir.Qordonun kataloniyalılarla şəxsi müqavilənin şərtlərini razılaşdırdığı və klubda həftəlik maaşının ikiqat artaraq 300 min funt-sterlinq olacağı gözlənilir.

"Barselona", bütün rəsmi sənədləşmələr yekunlaşdıqdan sonra transferi ictimaiyyətə rəsmən elan edəcək.

Seçilən
25
metbuat.az

1Mənbələr