AZ

300 min azərbaycanlı gələcək – İrəvanda böyük təşviş

Ermənistanda 28 May – Birinci Respublika Günü münasibətilə keçirilən tədbirlər fonunda yeni siyasi polemika yaranıb.

Musavat.com xəbər verir ki, “Güclü Ermənistan” hərəkatının lideri Samvel Karapetyan hakimiyyəti sərt tənqid edərək bugünkü paradın “azərbaycanlıların Ermənistana köçürülməsi proqramını gizlətmək cəhdi” olduğunu bildirib.

Karapetyan qeyd edib ki, Ermənistan xalqı bu gün güclü dövlətlə zəif hakimiyyət arasında seçim qarşısındadır. O, zəif hakimiyyət şəraitində güclü ordunun mümkün olmadığını deyib.

Siyasətçi iddia edib ki, “300 min azərbaycanlı Ermənistanda məskunlaşmağa başlayanda heç bir parad bunun qarşısını ala bilməyəcək”.

O, həmçinin Baş nazir Nikol Paşinyan hakimiyyətinin əsas məqsədinin ölkədəki problemləri həll etmək deyil, hakimiyyətdə qalmaq olduğunu bildirib.

Musavat.com

Seçilən
32
musavat.com

1Mənbələr