AZ

SOCAR ın prezidenti İtaliyada bir sıra görüşlər keçirib

ain.az, Baku.ws saytına istinadən bildirir.

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf İtaliyaya səfəri çərçivəsində bir sıra görüşlər keçirib.

Bu barədə BAKU.WS-ə SOCAR-dan məlumat verilib.

"Əvvəlcə "Italiana Petroli" şirkətinin ofisində İdarə Heyətinin üzvləri, həmçinin SOCAR və "Italiana Petroli" nümayəndələri ilə görüş keçirilib", - məlumatda bildirilib.

Görüşdə şirkətin cari fəaliyyəti, İtaliya bazarındakı mövqeyi, strateji hədəfləri və qarşıdakı dövr üzrə prioritet məsələlər müzakirə edilib.

Daha sonra SOCAR-ın prezidenti İtaliyanın enerji sektorunu təmsil edən UNEM təşkilatının prezidenti Canni Murano və "Confindustria" Konfederasiyasının enerji üzrə nümayəndəsi Aurelio Regina ilə görüşlər keçirilib.

Görüşlərdə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində Azərbaycanın artan rolu, Cənub Qaz Dəhlizinin genişləndirilməsi istiqamətində atılan addımların əhəmiyyəti qeyd olunub. SOCAR ilə İtaliya şirkətləri arasında enerji sektorunun müxtəlif istiqamətlərində, o cümlədən infrastrukturun inkişafı, təbii qazın nəqli və təchizatı sahələrində əməkdaşlıq imkanları nəzərdən keçirilib, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
73
9
baku.ws

10Mənbələr