AZ

"Son zəng" günü qəza törətdilər, 10 nəfər yaralandı

Bolnisi bələdiyyəsinin Kəpənəkçi kəndində yerləşən 1 nömrəli məktəbin şagirdləri “son zəng” tədbirindən sonra yol-nəqliyyat hadisəsinə səbəb olublar.

"Unikal" Gürcüstan mediasına istinadən xəbər verir ki, gənclərin idarə etdiyi 4 avtomobil zəncirvari qəza törədib. Hadisə nəticəsində təxminən 10-a yaxın şagirdin xəsarət aldığı, onlardan bir neçəsinin xəstəxanaya yerləşdirildiyi bildirilir.

Qəzanın baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub və faktla bağlı araşdırma başlanılıb.

Seçilən
112
unikal.az

1Mənbələr