ain.az, Axsham.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Şoumen və prodüser Gera İvaşenko müğənni Alla Puqaçovanın Rusiyanın Qryaz kəndində yerləşən qəsrinin muzeyə çevrilməsini təklif edib.
Axşam.az xəbər verir ki, o, bu barədə müsahibəsində danışıb. İvaşenkonun sözlərinə görə, bu addım uzun müddətdir istifadəsiz qalan binanın yenidən canlanmasına və bölgəyə turist axınının artmasına kömək edə bilər.
“Özüm də ora gedər, baxar və icmal çəkərdim. İnsanlar da həmin yerə maraq göstərərdi. Qryaz kəndi müəyyən turizm potensialı qazanardı. Hətta bu evi gedən bir dövrün simvolu kimi dövlət statusu ilə qorumaq olar” deyə, prodüser bildirib.
Qeyd edək ki, Alla Puqaçova və həyat yoldaşı, komediyaçı Maksim Qalkin Qryaz kəndindəki mülklərinin bir hissəsini əkiz övladları Harri və Lizanın adına keçiriblər. Mediada yayılan məlumata görə, məşhurlar torpaq sahəsinin altıda bir hissəsini uşaqlarına bağışlayıblar. Bildirilir ki, bu addım mülkün gələcəkdə əlindən alınmaması məqsədilə atılıb.
Xatırladaq ki, Rusiyanın Ukraynada başladığı müharibədən sonra Alla Puqaçova həyat yoldaşı Maksim Qalkin və övladları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda ailə müxtəlif ölkələrdə səyahət edir. Onlar Latviya və Fransada da görüntülənsələr də, əsas yaşayış yerlərinin İsrail olduğu bildirilir. Cütlüyün İsrail pasportu və Kipr vətəndaşlığı da var.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.