Türkiyə millisinin iki gənc və parlaq ulduzu – Arda Güler və Kənan Yıldız arasında sosial mediada böyük maraq doğuran hadisə yaşanıb.
Fanat.Az xəbər verir ki, "Real Madrid"in futbolçusu Arda Güler, "Yuventus"da çıxış edən komanda yoldaşı Kənan Yıldızın xəbərsiz çəkilmiş fotosunu öz şəxsi "Instagram" hesabının "hekayə" bölməsində paylaşıb.
Bu paylaşımdan dərhal sonra Kənan Yıldızın məsələyə sərt reaksiya göstərdiyi bildirilir. Komanda yoldaşının etirazından sonra Arda Güler paylaşımı qısa müddət ərzində profilindən silmək məcburiyyətində qalıb.
İki gənc ulduz arasında yaşanan bu anlar sosial şəbəkələrdə sürətlə gündəmə çevrilərək viral olub.