AZ

Avropa çempionatı: Azərbaycan millisinin rəqiblərinin oyununda qapılara qol vurulmayıb

ain.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Bakı, 29 may, AZƏRTAC

Slovakiyanın paytaxtı Bratislavada təşkil olunan Avropa çempionatında ilk turun növbəti oyunları keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan millisinin yer aldığı F qrupunda ikinci görüş baş tutub. Fransa və İtaliya yığmalarının duelində qapılara qol vurulmayıb – 0:0.

Bu qrupun ilk matçında milli komandamız Avstriyaya 1:0 hesabı ilə qalib gəlib. Bu nəticələrdən sonra yığmamız F qrupunda vahid liderdir.

Qeyd edək ki, Azərbaycan minifutbol millisi qrupda növbəti oyunlarını mayın 29-da İtaliyaya, 30-da isə Fransaya qarşı keçirəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
57
9
azertag.az

10Mənbələr