Idman.biz portalından verilən məlumata əsasən, ain.az bildirir.
Dünyanın 56-cı nömrəli tennisçisi Xuan Manuel Serundolo, dördqat “Böyük Dəbilqə” çempionu və dünya 1 nömrəli italiyalı Yannik Sinnerin 30 matçlıq qələbə seriyasına son qoyub.
İdman.Biz bildirir ki, Serundolo “Rolan Qarros”un ikinci turunda Sinneri (1) 3:6, 2:6, 7:5, 6:1, 6:1 hesabları ilə məğlub edib.
Bundan əlavə, Xuan Manuel Serundolo Sinnerin ilk 50-liyə daxil olmayan rəqiblərinə qarşı 59 matçlıq qələbə seriyasına son qoyub.
2026-cı il Fransa Açıq Çempionatının üçüncü turunda Xuan Manuel Serundolo ispaniyalı Martin Landalus (dünya 69-cu nömrəsi) ilə qarşılaşacaq.
İdman.Biz
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.