AZ

İranda elektrik enerjisinin qiymətində kəskin artım

İranın “Tavanir” şirkəti yüksək elektrik sərf edən ev təsərrüfatları üçün tariflərin 5 dəfədən 45 dəfəyədək artırıldığını açıqlayıb. Musavat.com bildirir ki, bu qərar ölkədə elektrik böhranının dərinləşdiyi bir vaxtda verilib.

“Tavanir”in Enerji İdarəetməsi və Müştəri İşləri İdarəsinin rəhbəri Əbdüləmir Yaquti bildirib ki, müəyyən olunmuş normadan artıq elektrik istifadə edən abonentlərin tarifləri 5 dəfə, “çox pis istehlakçılar”ın tarifləri isə 45 dəfəyədək artırılıb.

O iddia edib ki, ev təsərrüfatlarının dörddə biri normadan artıq elektrik sərf edir və abonentlərin təxminən yarım faizi “çox pis istehlakçı” sayılır.

Ancaq bu açıqlamalar İranın öz rəsmi statistikasına zidd hesab edilir. “Tavanir”in məlumatına görə, məişət sektoru ölkədə istehsal olunan elektrikin yalnız üçdə birini istifadə edir və İran ailələrinin elektrik istehlakı Avropa İttifaqı ölkələrindən təxminən 60 faiz azdır. Rəsmi rəqəmlər göstərir ki, ölkədə istehsal olunan elektrikin 13 faizdən çoxu köhnəlmiş ötürmə və paylama şəbəkəsində itir. Bu rəqəm İran ailələrinin ümumi elektrik istehlakının təxminən 40 faizinə bərabərdir.

Günaz.tv-nin məlumatına görə, İran son illərdə elektrik istehsalının artırılması ilə bağlı hədəflərinə çata bilməyib və hazırda isti mövsümdə ölkə 20-25 faiz elektrik çatışmazlığı ilə üzləşib.

Musavat.com

 

Seçilən
23
44
musavat.com

10Mənbələr