AZ

İrəvanda “Qarabağ generalları” küçəyə atılır – pulsuz verilən evlər geri alınır

Ermənistanda vaxtilə məhv edilmiş qondarma “Artsax” rejiminin yüksək rütbəli hərbçilərinə verilmiş mənzillərlə bağlı qalmaqal yaranıb.

Musavat.com xəbər verir ki, “Pastinfo” nəşrinin yaydığı məlumata görə, həmin şəxslərə dövlət tərəfindən təqdim olunmuş pulsuz mənzillərdən çıxarılmaları barədə bildirişlər göndərilib.

Məlumatı nəşrə açıqlamasında vəkil Roman Yeritsyan təsdiqləyib. Onun sözlərinə görə, Ermənistan hökumətinin neçə nəfəri mənzillərdən məhrum etmək istədiyini dəqiq demək çətindir. Lakin artıq belə bildiriş alan və məhkəməyə müraciət edən üç müştərisinin olduğunu bildirib.

Vəkil qeyd edib ki, həmin şəxslər hökumətin qərarının qanunsuz sayılması tələbi ilə məhkəməyə üz tutublar.

Musavat.com

Seçilən
136
musavat.com

1Mənbələr