AZ

Ulduz futbolçu üçün 75 milyonluq transfer yarışı başladı

İngiltərə Premyer Liqasının nəhənglərindən olan "Mançester Siti"nin xorvatiyalı müdafiəçisi Yoşko Qvardiol yay transfer pəncərəsində klubunu dəyişmək niyyətindədir.

Fanat.Az "CaughtOffside" portalına istinadən xəbər verir ki, ulduz futbolçu bu yay "şəhərlilər"dən ayrılmaq üçün rəhbərliyə təzyiq göstərir və karyerasını Almaniya nəhəngi "Bayern"də davam etdirməkdə olduqca israrlıdır.

Avropanın digər top-klubları da gənc müdafiəçinin vəziyyətini yaxından izləyir. "Barselona", "Real Madrid" və İtaliyanın "İnter" klubları da xorvatiyalı ulduz üçün transfer yarışına rəsmən daxil olublar.

"Mançester Siti" rəhbərliyi isə futbolçunun satışına razılıq verəcəyi təqdirdə Qvardiol üçün təxminən 75 milyon avro tələb etməyi planlaşdırır.

Seçilən
16
fanat.az

1Mənbələr