AZ

Son 10 ilin ən yaxşı 5 serialı

Rəqəmsal platformaların yüksəlişi ilə birlikdə televiziya dünyası son 10 ildə sözün əsl mənasında qızıl dövrünü yaşayıb.

Publika.az xəbər verir ki, tənqidçilərin yüksək qiymətləndirdiyi və tamaşaçıların yaddaşında iz qoyan son 10 ilin ən yaxşı serialları açıqlanıb.

Siyahıda ilk yerlərdən birini "Severance" tutur. "Severance" iş və şəxsi həyat xatirələrinin bir-birindən ayrıldığı distopik dünyadan bəhs edir. Şirkət əməkdaşlarının ofisdən kənarda kim olduqlarını xatırlamaması üzərində qurulan hekayə sirr və gərginliyi ustalıqla birləşdirir. Serialın rejissoru Ben Stillerdir. Baş rollarda isə Adam Scott, Patricia Arquette və Britt Lower yer alır. Xüsusilə atmosferi və sürükləyici süjeti ilə son illərin ən çox müzakirə olunan ekran işlərindən birinə çevrilib.

Siyahıda yer alan digər məşhur ekran işi isə "Succession" olub. media imperiyasına sahib varlı bir ailənin hakimiyyət savaşını mövzu alan "Succession" müasir televiziya tarixinin ən uğurlu dramlarından biri hesab olunur. Qara yumorla ailədaxili intriqaları bir araya gətirən ekran işi sərt dialoqları və təsirli personajları ilə diqqət çəkib. Serialın yaradıcısı Jesse Armstrongdir. Aktyor heyətində isə Brian Cox, Jeremy Strong, Sarah Snook və Kieran Culkin yer alıb. Serial "Emmy" başda olmaqla çoxsaylı mükafatlar qazanıb.

"Dark"da son illərin ən uğurlu serialları sırasında göstərilib. Almaniya mənşəli "Dark" zaman səyahəti mövzusunu mürəkkəb, amma təsirli hekayə ilə təqdim edib. Kiçik bir qəsəbədə itkin düşən uşaqlardan sonra ortaya çıxan sirlər izləyicini qaranlıq və sürükləyici bir dünyaya aparır. Baran bo Odar və Jantje Friese imzalı serialın aktyor heyətində Louis Hofmann, Lisa Vicari və Oliver Masucci yer alıb.

Seçilən
20
4
publika.az

10Mənbələr