AZ

CIA-də qızıl oğurluğu qalmaqalı!

ABŞ-da keçmiş yüksək vəzifəli Central Intelligence Agency (CIA) rəsmisi hökumətə məxsus dəyəri 40 milyon dollardan çox olan 300-dən artıq qızıl külçəsini oğurlamaqda ittiham edilərək saxlanılıb.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, Virginia federal məhkəməsinin qeydlərinə görə, keçmiş CIA əməkdaşı David Rush ötən həftə “dövlət vəsaitini oğurlamaq” maddəsi ilə ittiham olunub.

Bildirilir ki, Rush “işlə bağlı xərclər üçün böyük miqdarda xarici valyuta və on milyonlarla dollar dəyərində qızıl külçəsi tələb edib və əldə edib.”

Müəllif: Günay Hacıyeva
Seçilən
2
sia.az

1Mənbələr