AZ

Paşinyan: TRIPP layihəsinin sülh sazişinin imzalanması və ratifikasiyası ilə birbaşa əlaqəsi yoxdur

Bizimyol portalından alınan məlumata görə, ain.az xəbər verir.

Nikol Pashinyan bildirib ki, Ermənistan ərazisində həyata keçiriləcək TRIPP layihəsinin Ermənistan ilə Azərbaycan arasında sülh sazişinin imzalanması və ratifikasiyası ilə birbaşa əlaqəsi yoxdur.

Bizimyol.info xəbər verir ki, Ermənistanın baş naziri bu barədə jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.

“Layihənin sülh müqaviləsinin imzalanması və ratifikasiyası ilə birbaşa bağlantısı yoxdur. Ayrı bir saziş imzalanır və həmin saziş həyata keçiriləcək”, — deyə o bildirib.

Mayın 26-da Ermənistanda ABŞ-ın “Beynəlxalq Sülh və Rifah naminə Tramp Təşəbbüsü” (TRIPP) layihəsi çərçivəsində strateji əməkdaşlığa dair çərçivə sazişi imzalanıb. Sənədə Marco Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan imza atıblar.

Bizimyol.nfo

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
bizimyol.info

3Mənbələr