Yoşko Qvardiol “Barselona”nın maraq dairəsinə düşüb.
QOL.az COPE nəşrinin istinadən xəbər verir ki, Kataloniya klubu "Mançester Siti"nin müdafiəçisini transfer etmək üçün çalışır.
24 yaşlı xorvatiyalının İngiltərə təmsilçisi ilə müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir. “Transfermarkt” portalı futbolçunun dəyərini 70 milyon avro qiymətləndirir.
Qeyd edək ki, Qvardiol 2025/26 mövsümündə bütün turnirlərdə 25 oyunda iştirak edib, 2 qol vurub və 5 məhsuldar ötürmə edib.