AZ

"O mənim üçün xüsusi insandır" - Arteta Enrikedən danışdı

UEFA Çempionlar Liqasının finalında PSJ ilə üz-üzə gələcək London "Arsenal"ının baş məşqçisi Mikel Arteta mayın 30-da baş tutacaq həlledici oyun ərəfəsində rəqib komandanın baş məşqçisi Luis Enrike barədə fikirlərini bölüşüb.

Fanat.Az xəbər verir ki, onun sözlərini UEFA-nın rəsmi saytı belə çatdırıb:

 "O mənim üçün xüsusi insandır. Enrike ilə 16 yaşımda tanış olmuşam. Həmin vaxt "Barselona"nın əsas komandası ilə məşq edirdim. Gənc oyunçulara inanılmaz dərəcədə qayğı ilə yanaşdığı üçün onunla fəxr edirdim.

Enrikenin karyerasına diqqət yetirsək, yalnız taktiki tapşırıqlar vermək bacarığının deyil, həm də insani keyfiyyətlərinin ön plana çıxdığını görərik. O, unikaldır. Öz fəlsəfəsini futbolçulara çatdırmaq məharəti, etdiklərindən bu qədər əmin olması, addım atarkən başqalarının fikirlərinə ehtiyac duymaması mütləq vurğulanmalıdır. Məncə, sadaladıqlarım supergüc deməkdir.

Biz həmkarıq və münasibətlərimizin kökündə qarşılıqlı hörmət dayanır. Çünki hər ikimiz finalda oynamağın nə dərəcədə çətin olduğunu bilirik. Amma oyun günü gələndə mübarizə aparmaq və qalib gəlmək lazımdır".

Nihat

Seçilən
3
fanat.az

1Mənbələr