AZ

Real ın sabiq məşqçisi Ardanı yeni klubuna gətirmək istəyir

Footbal-plus saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

''Çelsi''nin başına keçən Xabi Alonsonun Arda Güləri yeni klubuna gətirmək istədiyi məlum olub. Bu xəbəri İspaniyanın ''El Nasional'' nəşri paylaşıb. Mənbənin yazdığına inansaq, ''Real''da işlədiyi dönəmdə türkiyəli ulduzunu performansına heyran qalan ispaniyalı mütəxəssis ''Çelsi'' rəhbərliyindən məhz Ardanın transferini tələb edib. Ancaq 21 yaşlı yarımmüdafiəçini Madriddən qoparmaq asan olmayacaq. Çünki Arda ''Real''da faktiki olaraq toxunulmaz statusundadı və klubun gələcəyinin önəmli bir parçası hesab olunur. Hazırda başı seçkilərə qarışan ''Real'' heç bir halda Ardanı satmaq və ya icarəyə göndərmək istəmir. Alonso ''Kral klubu''nu çalışdırdığı dönəmdə dəfələrlə Gülərə tərif yağdırmış, onu ''Məsut Özil ilə Qutinin qarışığı'' adlandırmışdı. Türkiyə yığmasının ulduzu bu yaxınlarda verdiyi açıqlamada isə bunları demişdi: ''Xabi Alonso ilə həqiqətən gözəl münasibətlərimiz var idi. Mənə güvəndiyini hiss edirdim. Meydanda mənə mühüm rol vermişdi. Əsil istədiyim də məhz bu idi. ''Çelsi'' ilə anlaşdığını eşitdim. İnşallah orda işləri yaxşı gedər. Tez-tez mesajlaşırıq. ''Bavariya'' ilə oyundan sonra mənimlə fəxr etdiyini söylədi. Onun mesajını gördükdə çox sevindim. Həqiqətən böyük məşqçidi''. Yeri gəlmişkən, onu da bildirək ki, Arda La Liqada iki mükafata namizəd göstərilib. Söhbət ''23 yaşa qədər mövsümün ən yaxşı oyunçusu'' və ''mövsümün ən yaxşı qolu'' mükafatlarından gedir. La Liqanın saytında bununla bağlı səsvermə davam edir. Xatırladaq ki, Ardanın ''Elçe''yə 68 metrdən vurduğu qol uzun müddət gündəmi zəbt etmiş və La Liqada martın ən yaxşı qolu seçilmişdi.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
54
5
icma.az

10Mənbələr