AZ

Trampı təcavüzə görə məhkəməyə verən qadın yalan ifadədə ittiham olunur

ain.az bildirir, Ayna portalına istinadən.

Məhkəmədə qalib gələn Elizabeth Jen Karrolla qarşı cinayət işi başlanıb

ABŞ Prezidenti Donald Trampı cinsi təcavüzdə ittiham edən və məhkəmədə qalib gələn Elizabeth Jen Karrolla qarşı cinayət işi başlanıb. AYNA.AZ xəbər verir ki, bu barədə CNN "çoxsaylı mənbəyə" istinadən məlumat yayıb.

Kanalın məlumatına görə, xanım Karroll yalan ifadə verməkdə ittiham olunur.

Yazıçı və jurnalist Elizabet Jen Karrol 2019-cu ildə Donald Trampın 1996-cı ildə ona necə təcavüz etməyə cəhd etdiyini təsvir edən bir xatirəsini nəşr etdirib. Daha sonra o Trampı cinsi təcavüzə görə məhkəməyə verib və  2023-cü ildə qalib gəlib. Növbəti il ​​o Trampın onu açıq şəkildə “yalançı” adlandırmasından sonra yenidən məhkəmədə qalib gəlib. Hər iki iş üzrə Trampın apelyasiya şikayətləri rədd edilib.

CNN qeyd edir ki, Ədliyyə Nazirliyinin istintaqı xanım Karrolun iddialarının mahiyyətini deyil, yalnız Donald Trampın vəkillərinə verdiyi ifadənin bir hissəsini araşdırır. 2022-ci ildə o iddiası üçün kənar maliyyələşdirmə almadığını bildirmişdi. Lakin sonradan məlum olub ki, milyarder Reid Hoffman xeyriyyə fondu vasitəsilə onun hüquqi xərclərini qismən ödəyib.

Xanım Kerrolun vəkilləri istintaqla bağlı məlumatlara münasibət bildirməkdən imtina ediblər.

Müşahidəçilər qeyd edirlər ki, istintaq Trampın "qisas kampaniyası" kimi tanınan addımları ona qarşı məhkəmə işlərində iştirak edənləri təqib etmək siyasətinə tam uyğun gəlir. Bu kampaniyanın qurbanları arasında cənab Trampın opponentlərini təmsil edən vəkillər, eləcə də Prezidentə qarşı iddiaları araşdıran prokurorlar və xüsusi müşavirlər var.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
168
ayna.az

1Mənbələr