AZ

Xuluan Alvares DÇ-dəki hədəfləri ilə bağlı sualı cavablandırdı

Futbol üzrə Argentina millisinin hücumçusu Xulian Alvares gələn ay başlayacaq dünya çempionatındakı hədəfləri ilə bağlı sualı cavablandırıb.

Fanat.Az xəbər verir ki, onun sözlərini FİFA-nın rəsmi saytı velə çatdırıb:

"Bir argentinalı kimi həmişə həyəcanlıyam və həmişə çempionluq sevinci yaşamaq istəyirəm. Bu dəfə hər şey məhz belə olmalıdır. Finala çıxmaq istəyirik. Bilirik ki, bunun öhdəsindən gəlmək asan iş deyil. Finalda yalnız çox böyük zəhmət bahasına oynamaq mümkündür. Hər şeyi xırda detallar da həll edə bilər. Maksimum şəkildə hazırlaşacaq və addım-addım irəliləyəcəyik. 

Dünya çempionatına çempion kimi qatılmaq inanılmazdır. Böyük qürur hissi keçirirəm. Əlbəttə, titulu qorumaq, azarkeşlərimizi yenidən sevindirmək istəyirik".

Toğrul

 

Seçilən
15
fanat.az

1Mənbələr