AZ

Avrozonada iqtisadi inam bərpa olunub

Müəllif: Tamara Mustafayeva, Banco.az

Avrozonada iqtisadi inam bərpa olunub.

Banco.az xəbər verir ki, Avrozonada iqtisadi inam indeksi may ayında aylıq müqayisədə 0,3 bənd artaraq 93,5 səviyyəsinə yüksəlib.

Avropa Komissiyası may ayı üzrə biznes və istehlakçı sorğularının nəticələrini açıqlayıb. Məlumata görə, Avropa İttifaqında iqtisadi inam indeksi may ayında aylıq əsasda 0,3 bənd artaraq 93,7 bənd olub.

Avrozonada da indeks eyni dövrdə 0,3 bənd yüksələrək 93,5 bəndə çatıb. Bazar gözləntiləri Avrozonada göstəricinin 92,8 bənd olacağı istiqamətində idi. Açıqlanan nəticələr proqnozları üstələyib.

İndeksdəki artım əsasən xidmət sektorunda və istehlakçılar arasında etimadın qismən bərpa olunması ilə əlaqələndirilib.

Avrozonada istehlakçı inamı indeksi may ayında mənfi 20,6 səviyyəsindən mənfi 19-a yüksəlib. Avropa İttifaqında isə apreldə mənfi 19,9 olan göstərici may ayında mənfi 18,2 səviyyəsində qeydə alınıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
117
6
banco.az

10Mənbələr