Stiv Klark Şotlandiya yığmasını daha uzun müddət çalışdıracaq.
"Football-plus.az" xəbər verir ki, baş məşqçi ilə müqavilə yenilənib. Yerli federasiyanın mətbuat xidmətinin xəbərinə görə, 62 yaşlı mütəxəssislə yeni sözləşmənin müddəti 2030-cu ilə qədər nəzərdə tutulub.
Klark milli komandaya 2019-cu ildən rəhbərlik edir. O, əvvəllər “Aston Villa”, “Liverpul”, “Çelsi”, “Nyukasl” və İngiltərənin digər klublarında çalışıb.
Şotlandiya yığması tezliklə start götürəcək dünya çempionatında C qrupunda Braziliya, Mərakeş və Haiti ilə qarşılaşacaq.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta